Azərbaycanın bank sektorunun xalis mənfəəti 29%-dən çox artıb | Banco.az

Azərbaycanın bank sektorunun xalis mənfəəti 29%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları 2026-cı ilin yanvar-aprel aylarında 557.1 mln. manat xalis mənfəət, 837.5 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bankların xalis mənfəəti 29.3%, əməliyyat mənfəəti isə 18.3% artıb.

Məlumata görə, hesabat dövründə banklar tərəfindən 134.7 mln. manat (23.6% çox) məbləğində mənfəət vergisi ödənilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram