Ölkədaxili nağdsız əməliyyatların həcmi 14 faiz artıb | Banco.az

Ölkədaxili nağdsız əməliyyatların həcmi 14 faiz artıb

Müəllif:Mehin Qasımova,Banco.az

2026-ci ilin may ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,680 mln. manat təşkil edib.

Banco.az Mərkəzi Banka istinadən  xəbər verir ki, ilin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 14% artıb.

Həyata keçirilən nağdsız ödənişlərin 7,620 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,058 mln. manatı POS-terminallar, 2 mln. manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.7%-ni təşkil etmişdir.

Bundan əlavə, banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, ötən ilin may ayının sonu ilə müqayisədə bankomatların sayı 5.1%, POS-terminalların sayı 19.3% artıb.