Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb

Bu il mayın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 49 milyard 221,6 milyon manat təşkil edib.

Banco.az  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu ötən il mayın 1-i ilə müqayisədə 8 % çoxdur.

Bankların aktivlərinin 23 milyard 225,3 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 21,2 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 42 %-dən 47,2 %-ə qalxıb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 7,9 % artaraq 42 milyard 897,7 milyon manata, o cümlədən depozit portfeli 9,25 % artaraq 35 milyard 361,1 milyon manata çatıb. Bunun 13 milyard 210,4 milyon manatı fiziki, 22 milyard 150,7 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 10,5 %, şirkətlərin banklardakı vəsaitləri isə 8,5 % artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 56,6 % azalaraq 47,1 milyon manat olub.

Sektorun balans kapitalı isə 8,8 % artaraq 6 milyard 323,9 milyon manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram