Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,2 ABŞ dolları və ya 3,36 % azalaraq 91,93 ABŞ dolları təşkil edib.
Bu barədə Banco.az-a neft bazarındakı mənbə məlumat verib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,12 ABŞ dolları və ya 3,4 % azalaraq 88,5 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
