Azərbaycan bu ölkəyə investisiyalarını 1 000 dəfədən çox artırıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycan bu ölkəyə investisiyalarını 1 000 dəfədən çox artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan İsrail iqtisadiyyatına 554 milyon 661 min ABŞ dolları investisiya yatırıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 542 milyon 261 min ABŞ dollar və ya 1 356 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın İsrail iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 26,6% təşkil edib. Bu ölkə Azərbaycanın ən çox investisiya yatırdığı ölkə olub.

Eyni dövrdə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların məbləği 2 milyard 38 milyon 685 min dollara bərabər olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram