Avtomobillərin icbari sığortası üzrə yığımlar 74 mln. manatı ötüb | Banco.az

Avtomobillərin icbari sığortası üzrə yığımlar 74 mln. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-may aylarında avtomobillərin icbari sığortası üzrə yığımlar 74 mln. 364 min manat olub. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, yığımlar 2025-ci ilin yanvar-may ayları ilə müqayisədə 4 milyon 953 min manat və ya 7.14% artıb.

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə illik müqayisədə 17.2% və ya 9 milyon 264 min manat artaraq 63 mln. 210 min manata yüksəlib. 

Qeyd edək ki, 2025-ci ilin eyni dövründə bu sığorta üzrə yığımların məbləği 69 mln. 411 min manat, ödənişlərin məbləği isə 53 milyon 946 min manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram