Avrozonanın ən yüksək inflyasiyaya malik ölkəsi açıqlanıb | Banco.az

Avrozonanın ən yüksək inflyasiyaya malik ölkəsi açıqlanıb

Müəllif:Ayşən İmaova/Banco.az

Rumıniya Avrozonada inflyasiyanın ən sürətlə artan ölkəsi olub.

Banco.az xəbər verir ki, bu barədə “Eurostat” məlumat yayıb.

Bildirilib ki, avqustun sonunda Rumıniyada istehlak qiymətlərinin artımı 2,2% regional orta göstəriciyə qarşı 5,3% təşkil edib.

Həmçinin, yüksək illik inflyasiya göstəriciləri Belçika (4,3%) və Polşada (4%) qeydə alınıb. Ən aşağı dəyərləri Litva və Latviya göstərib - müvafiq olaraq 0,8% və 0,9%. İrlandiya, Sloveniya və Finlandiyada isə inflyasiya cəmi 1,1% təşkil edib.

Avropa İttifaqında illik inflyasiya iyul ayındaki 2,8%-dən avqustda 2,4%-ə enib. Bir il əvvəl bu göstərici 5,9% olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et