Asiyanın ən varlı insanlarının siyahısı dəyişdi | Banco.az

Asiyanın ən varlı insanlarının siyahısı dəyişdi

Müəllif:Mehin Qasımova,Banco.az

Asiyanın ən varlı insanlarının reytinqində dəyişiklik olub.

Banco.az  xəbər verir ki, siyahıda ilk pillədə 105,5 milyard dollar sərvətlə ByteDance şirkətinin təsisçisi Jang Yiming qərarlaşıb.

İkinci yerdə 104,8 milyard dollar sərvətlə Hindistanın Adani Qrupunun sədri Qautam Adani, üçüncü yerdə isə 81,3 milyard dollar sərvətlə Reliance Industries şirkətinin sədri Mukeş Ambani yer alıb.

Asiyanın ən varlı 17 şəxsi və ailəsi arasında Çin, Hindistan, Yaponiya və Vyetnamdan olan milyarderlər yer alır.

Siyahıdakı milyarderlər arasında süni intellekt, texnologiya, elektron ticarət, sənaye, enerji, avtomobil batareyaları, pərakəndə satış və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin sahibləri var.

Asiyanın ən varlı şəxslərinin siyahısı belədir:

1. Jang Yiming — 105,5 milyard dollar
ByteDance şirkətinin təsisçisi və TikTok-un yaradıcısı.

2. Qautam Adani — 104,8 milyard dollar
Adani Qrupunun sədri.

3. Mukeş Ambani — 81,3 milyard dollar
Reliance Industries şirkətinin sədri və ən böyük səhmdarı.

4. Tadashi Yanai — 63,7 milyard dollar
Uniqlo brendinin sahibi Fast Retailing şirkətinin təsisçisi və baş direktoru.

5. Conq Şanşan — 59,1 milyard dollar
Nongfu Spring şirkətinin təsisçisi və Wantai şirkətinin əsas səhmdarı.

6. Masayoshi Son — 53,9 milyard dollar
SoftBank Group-un təsisçisi və baş direktoru.

7. Ma Huateng (Pony Ma) — 52,2 milyard dollar
Tencent şirkətinin həmtəsisçisi və baş direktoru.

8. Zeng Yucun — 52,2 milyard dollar
CATL şirkətinin təsisçisi və sədri.

9. Li Ka-çinq — 46,9 milyard dollar
CK Hutchison Holdings qrupunun təsisçisi.

10. He Xiangjian — 45 milyard dollar
Midea Group-un təsisçisi.

11. Lakşmi Mittal — 42 milyard dollar
ArcelorMittal şirkətinin idarə heyətinin sədri.

12. Cek Ma — 41,7 milyard dollar
Alibaba Group-un həmtəsisçisi.

13. Uilyam Dinq (Dinq Ley) — 39,7 milyard dollar
NetEase şirkətinin təsisçisi və baş direktoru.

14. Liang Wenfeng — 37,9 milyard dollar
DeepSeek və High-Flyer Capital şirkətlərinin təsisçisi.

15. Canq Bo və ailəsi — 36,9 milyard dollar
China Hongqiao Group şirkətini idarə edən ailə.

16. Pham Nhat Vuong — 33,4 milyard dollar
Vingroup şirkətinin təsisçisi və VinFast elektrik avtomobili brendinin sahibi.

17. Savitri Jindal — 32,6 milyard dollar
OP Jindal Group-un direktorlar şurasının sədri.

Siyahıdakı sərvət göstəriciləri “Bloomberg” Milyarderlər İndeksinin 16 sentyabr 2026-cı il tarixindəki məlumatlarına əsaslanır.