Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ Konqresi, Dövlət Departamenti və Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana 20 milyon dollar məbləğində maliyyə yardımının ayrılması məsələsini müzakirə edir.
Banco.az xəbər verir ki, bunu USAID-in rəhbəri Samanta Pauer Nyu-Yorkda “Demokratiyanın nəticələri” adlı açıq müzakirədə deyib.
Onun sözlərinə görə, vəsait kibertəhlükəsizlik, sərhəd və enerji təhlükəsizliyinin təşviqinə yönəldiləcək.
Pauer demokratiya səylərini nəzərdən keçirmək üçün bu ilin iyulunda İrəvanda səfərdə olduğunu bildirib.
Qeyd edək ki, bundan əvvəl USAID Ermənistana maliyyə yardımını iki dəfədən çox artıraraq 120 milyon dollardan 250 milyon dollara çatdıracağı ilə bağlı məlumat yaymışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!