İnzibati Şöbə, Satınalma bölməsi, mütəxəssis/aparıcı mütəxəssis | Banco.az
Expressbank

İnzibati Şöbə, Satınalma bölməsi, mütəxəssis/aparıcı mütəxəssis

Vakansiya haqqında məlumat: 

Təsvir

  • Daxil olan sifarişlərin qəbulu, uçotu və təsnifləşdirilməsi;
  • Təsdiqlənmiş sifarişlər üzrə təchizatçılara sorğuların göndərilməsi, qiymət və digər təkliflərin araşdırılması;
  • Keçirilmiş kotirovka və açıq tenderlər üzrə protokolun hazırlanması, razılaşma üçün tender komissiyasına təqdim edilməsi;
  • Əməkdaşların istifadəsi üçün nəzərdə tutulan mobil nömrələrin və elektron imzaların satın alınması qeydiyyatı, uçotu (daxili qaydalar əsasən digər struktur bölmələrlə birlikdə) və saxlanılması.

 

Tələblər

  • Ali təhsil;
  • Analoji sahədə iş təcrübəsi arzuolunandır;
  • Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
  • Azərbaycan dili sərbəst, İngilis və rus dilində sərbəst danışıq qabiliyyəti arzuolunandır.

Müraciət üçün daxil olun