İş yeri: Gəncə şəhəri
Proqram haqqında:
· Təcrübə tələb olunmur! Bu proqram yalnız təhsilini tam başa vurmuş şəxslər üçün nəzərdə tutulmuşdur.
· Magistr təhsili alan tələbələr istisna olaraq proqramda iştirak edə bilərlər.
· Namizədlər ilkin mərhələdə 3 ay müddətində peşəkar əməkdaşlarımız tərəfindən təlimə cəlb olunur, nəzəri və praktiki biliklər qazanırlar.
· Təcrübə müddəti ərzində siz həm öyrənəcək, həm də qazanc əldə edəcəksiniz!
Ödənişli təcrübə şərtləri:
· Təcrübə dövründə:
Əmək haqqı – 200 AZN
Bonus – 300 AZN-ə qədər
· Təcrübə proqramın uğurla tamamladıqdan sonra:
Tam ştat Satış Məsləhətçisi kimi işə qəbul olunur
Əmək haqqı – 400 AZN
Bonus – 800 AZN-ə qədər
Proqramın üstünlükləri:
· Müasir satış texnikaları üzrə peşəkar təlimlər
· Praktiki təcrübə və inkişaf imkanı
· Gələcəkdə daimi işlə təmin olunma perspektivi
· Əmək haqqı + bonus sistemi ilə motivasiyaedici mühit
· Maliyyə və kredit sahəsində karyera başlamaq üçün əla fürsət
Namizəddən gözləntilər:
· Təlimlərdə aktiv iştirak və öyrəndiklərini tətbiq etmək
· Təlimçi və mentorlarla interaktiv şəkildə işləmək
· Satış üzrə nəzəri və praktiki bacarıqları inkişaf etdirmək
· Komandada işləmə və müştəri ilə düzgün ünsiyyət qurmaq bacarığı
Tələblər:
· Ali təhsilini tam başa vurmuş şəxslər (magistr tələbələri istisna təşkil edir)
· Maliyyə və satış sahəsində karyera qurmaq niyyəti
· Öyrənməyə açıq, məsuliyyətli və motivasiyalı olmaq
· Hədəflərlə işləmə bacarığı
Müraciət qaydası:
Tələblərə cavab verən şəxslər "Təcrübə Proqramı (Satış məsləhətçisi – Gəncə)" başlığı ilə
vakansiya@glasc.az elektron ünvanına CV-lərini göndərə bilərlər.
Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Təqdim olunan bütün məlumatlar məxfi şəkildə qorunur.
Əlaqə nömrəsi:0502481000