Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir! | Banco.az

Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir!

Vakansiya haqqında məlumat: 

Əsas vəzifə öhdəlikləri:

·        Aktiv satışların təşkili və potensial müştərilərin cəlb olunması;

·        Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlanılması;

·        Müştəri müraciətlərinin qəbulu, təhlili, kredit komitəsinə təqdimatı və rəsmiləşdirilməsi;

·        Yeni kredit məhsulları və satış metodları üzrə təkliflərlə çıxış etmək;

·        Müştəri məmnuniyyətini təmin etmək məqsədilə operativ və keyfiyyətli xidmət göstərmək, daxil olan şikayət və müraciətləri yerində araşdırmaq;

·        Kreditləşmə ilə bağlı sənədlərin düzgün və vaxtında hazırlanmasını təmin etmək.

Namizəddən tələblər:

·        Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;

·        Ali və ya natamam ali təhsil;

·        Yüksək ünsiyyət bacarığı və müştəriyönümlü yanaşma;

·        Fərdi və komanda ilə işləmək bacarığı;

·        Microsoft Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmək bacarığı;

·        Bank və ya bank olmayan kredit təşkilatlarında, xüsusilə lombard sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir;

İş şəraiti:

·        İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00 – 18:00

·        Əməkhaqqı və bonus sistemi:

o   Başlanğıc kateqoriya: 400 AZN əməkhaqqı + 800 AZN bonus = 1200 AZN

o   Yuxarı kateqoriya: 600 AZN əməkhaqqı + 1200 AZN bonus = 1800 AZN

Müraciət qaydası:

Tələblərə uyğun olan namizədlərdən "Kredit üzrə mütəxəssis (müvafiq filialın adı ilə)" başlığı ilə CV-lərini
vakansiya@glasc.az elektron ünvanına göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Qeyd edək ki, göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında saxlanılır.

Əlaqə nömrəsi:0502481000

Şirkət: 
"GL" ASC