Çağrı Mərkəzi üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir! | Banco.az

Çağrı Mərkəzi üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir!

Vakansiya haqqında məlumat: 

İş yeri: Gəncə şəhəri

Əsas vəzifə öhdəlikləri:

·        Gələn zənglərə cavab verilməsi, satış dəstəyi, sifarişlərin emalı və inzibati yardımın göstərilməsi;

·        Məhsul və xidmətlərə dair məlumatların verilməsi məqsədilə müştərilərə çıxan zənglərin təşkili;

·        Filiallardan və digər daxili mənbələrdən daxil olan sorğuların cavablandırılması;

·        Müştərilərin suallarına dolğun və düzgün cavabların verilməsi;

·        Zənglərin aidiyyəti şöbələrə yönləndirilməsinin təmin olunması;

·        Müştəri şikayətlərinin dəqiq qeydiyyatı və müvafiq bölmələrə çatdırılmasına nəzarət;

·        Hesabatlılıq proseslərinin çevikliyini artırmaq məqsədilə təkmilləşdirmə təşəbbüsləri irəli sürmək.

Namizəddən tələblər:

·        Heç bir inzibati və ya cinayət məsuliyyətinin olmaması;

·        Ali, orta və ya orta-ixtisas təhsili;

·        Gərgin və dinamik iş rejimində işləmək bacarığı;

·        Analitik düşünmə qabiliyyəti və yüksək diqqətlilik;

·        Müştəri xidmətləri sahəsində baza biliklərinə sahib olmaq;

·        İşində məsuliyyətli, dəqiq və operativ olmaq.

İş şəraiti və əlavə məlumat:

·        İş yeri: Gəncə şəhəri

·        Əmək haqqı və digər şərtlər namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaq;

·        Peşəkar inkişaf və təlim imkanları təmin edilir.

Müraciət qaydası:

Tələblərə uyğun namizədlərdən "Çağrı Mərkəzi (Gəncə)" başlığı ilə CV-lərini
vakansiya@glasc.az elektron ünvanına göndərmələri xahiş olunur.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Qeyd edək ki, təqdim olunan bütün CV-lər məxfi məlumat bazasında saxlanılır.

Maraqlanan şəxslər  vakansiya@glasc.az   ünvanına "Çağrı Mərkəzi " yazaraq cv-lərini göndərə bilərlər.

Əlaqə nömrəsi:0502481000

Şirkət: 
GL ASC