Xalq Bankın keçirdiyi uduşlu lotereyanın qalibləri müəyyən olundu | Banco.az

Xalq Bankın keçirdiyi uduşlu lotereyanın qalibləri müəyyən olundu

ASC “Xalq“ Bankı iyul ayının 6-da www.xalqbank.az saytında ödənişləri onlayn ödəyən müştərilər arasında oynanılan lotereyanın uduşunu keçirdi. Tiraj komissiyasının tam tərkibdə üzvlərinin nəzarəti ilə keçirilən uduşda 10 594 bilet iştirak edirdi. Uduşda İpad mini planşet kompüteri, Samsung Galaxy S3 mini smartfonu, şəhərin ən yaxşı restoranlarından birində iki nəfərlik şam yeməyi üçün dəvətnamələr, parfüm məhsulları və 150-yə yaxın digər hədiyyələr oynanılmışdı.

 Lotereyanın şərtlərinə görə müştərilər 8 aprel – 30 iyun tarixləri arası Xalq Bankın  www.xalqbank.az ünvanlı saytında kommunal, rabitə, kabel televiziya, mobil operator və internet provayderlərin xidmətlərini ödəməli, bonuslar toplayıb onları elektron biletlərə çevirməli idilər.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə , lotereya çərçivəsində gündəlik həvəsləndirici aksiyalar keçirilirdi – gün ərzində hamıdan çox ödəniş edən müştəri Park Cinemaya iki nəfərlik bilet qazanırdı. Aksiya ərzində 150 nəfər Park Cinema kinoteatrlar şəbəkəsində müxtəlif filmləri pulsuz izləmək fürsəti qazanmışdılar.
Qalibləri təbrik edirik! Hədiyyələri almaq üçün şəxsiyyəti təsdiq edən sənədlə Xalq Bankın İnşaatçılar pr. 22L ünvanda yerləşən Baş ofisinə yaxınlaşmaq lazımdır. Məlumat Mərkəzi: 138.