"Fitch:" Atəşkəsə baxmayaraq, kredit riskləri yüksək olaraq qalır | Banco.az

"Fitch:" Atəşkəsə baxmayaraq, kredit riskləri yüksək olaraq qalır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Fitch”: Atəşkəsə baxmayaraq, kredit riskləri yüksək olaraq qalır.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinqi təşkilatı “Fitch Ratings” tərəfindən verilən açıqlamada Körfəz bölgəsində iki həftəlik atəşkəsin elan olunması və ABŞ ilə İran arasında yüksək səviyyəli danışıqların keçirilməsindən sonra qlobal enerji bazarlarında ciddi gərginlik yaşanması ehtimalının azaldığı bildirilib.

Açıqlamada qeyd olunub ki, “Lakin atəşkəs artıq ciddi təzyiq altındadır və hadisələrin inkişafı ilə bağlı qeyri-müəyyənlik hələ də yüksək olaraq qalır.”

Danışıqların nəticəsi ilə bağlı qeyri-müəyyənliyin davam etdiyi vurğulanan açıqlamada bildirilib ki, münaqişədən sonrakı dövrdə regional təhlükəsizlik və iş mühiti, həmçinin enerji axınlarının və təchizat zənciri logistikasının bərpa sürəti əsas risk amilləri sırasındadır. Mənfi ssenarinin isə reytinqin aşağı salınması ehtimalını qiymətləndirmək baxımından aktual meyar olaraq qaldığı xüsusi qeyd olunub.

Açıqlamada əlavə edilib ki, atəşkəsin effektiv şəkildə tətbiq olunması və davam etməsi halında, İrana qarşı genişmiqyaslı quru işğalı, Qırmızı dənizdə dəniz daşımalarının pozulması riski və ya Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr tərəfindən İrana qarşı hücum əməliyyatları kimi qısamüddətli eskalasiya riskləri aradan qalxa bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram