Müəllif: Tamara Mustafayeva, Banco.az
“Intel” “Google”dan Xeon çiplərindən istifadə etmək öhdəliyi alıb.
Banco.az xəbər verir ki, “Intel” “Google”dan məlumat mərkəzlərində Xeon çiplərindən istifadə ilə bağlı öhdəlik əldə edib.
Cümə axşamı açıqlanan bir neçə illik razılaşmanın tərkib hissəsi olaraq, axtarış nəhəngi “Intel”in IPU-larını (infrastruktur emal vahidləri) fərdiləşdirəcək. Bu çiplər şəbəkə əlaqəsi, təhlükəsizlik və yaddaş kimi funksiyaları yerinə yetirir. Şirkətlər maliyyə detalları və ya satınalma öhdəlikləri barədə məlumat açıqlamayıb.
Bu razılaşma Intel-in süni intellekt infrastrukturunun inkişafından daha səmərəli şəkildə faydalanmaq cəhdinin bir hissəsidir. Məlumat mərkəzi xərclərindən daha böyük pay əldə etmək, baş icraçı direktor Lip-Bu Tan rəhbərliyində şirkətin yenidən yüksəliş strategiyası üçün mühüm əhəmiyyət daşıyır.
Xeon çipləri bir vaxtlar 99 faizdən çox bazar payına malik idi və həmin dövrdə dünyanın ən böyük yarımkeçirici istehsalçısı olan Intel üçün əsas mənfəət mənbəyi hesab olunurdu. Lakin son illərdə şirkət “Advanced Micro Devices” kimi rəqiblərə, həmçinin “Google” daxil olmaqla müştərilərinin özlərinin hazırladığı məhsullara qarşı bazar payını itirib.
Hər iki şirkət bildirib ki, onların əməkdaşlığı “süni intellekt sistemlərinin dizaynına daha balanslı yanaşma təmin edəcək; bu yanaşma istifadə səviyyəsini artıracaq, mürəkkəbliyi azaldacaq və daha səmərəli miqyaslana bilmə imkanı yaradacaq.”
Bizi sosial şəbəkələrdən izləyin!!
