Almaniyanın dövlət borcuna müdafiə sənayesinin təsiri nəzərə çarpır | Banco.az

Almaniyanın dövlət borcuna müdafiə sənayesinin təsiri nəzərə çarpır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyanın dövlət borcuna müdafiə sənayesinin təsiri nəzərə çarpır.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) tərəfindən yayımlanan ilkin məlumatlara görə, ölkənin federal, əyalət, bələdiyyə və sosial təminat fondlarını əhatə edən dövlət sektorunun ümumi borcu ötən ilin sonunda əvvəlki illə müqayisədə 6 faiz artıb.

2024-cü ilin sonu ilə müqayisədə borc həcmi 151 milyard avro artaraq 2 trilyon 661,5 milyard avro səviyyəsinə yüksəlib. Yalnız 2025-ci ilin son rübündə əvvəlki rüblə müqayisədə 50,8 milyard avro (1,9 faiz) artım qeydə alınıb.

Federal hökumətin ümumi borcu son rübdə 32,2 milyard avro artaraq 1,84 trilyon avroya çatıb.

Borclanmanın artmasında xüsusilə Alman Silahlı Qüvvələri (Bundeswehr) üçün ayrılan xüsusi fondlar və infrastruktur investisiyaları əsas rol oynayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram