Rabitəbank-dan Silahlı Qüvvələr Gününə Özəl Aksiya! | Banco.az

Rabitəbank-dan Silahlı Qüvvələr Gününə Özəl Aksiya!

Rabitəbank ASC, 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə Silahlı Qüvvələrin bütün əməkdaşlarını təbrik edir və onlara özəl aksiyaya start verir.

22 iyun – 03 iyul 2015-ci il tarixlərini əhatə edən bu aksiyanın şərtlərinə əsasən Rabitəbank-a Nağd Pul krediti üçün müraciət edən Silahlı Qüvvələrin bütün əməkdaşları komissiya xərclərindən azad edilir. 

0% komissiya xərcləri ilə 10.000 USD məbləğinə qədər verilən Nağd Pul Kreditini əldə etmək üçün Silahlı Qüvvələrin əməkdaşları Rabitəbank ASC-nin Azərbaycanın əksər regionlarında fəaliyyət göstərən 2 şöbə və 22 filial şəbəkəsinin istənilən ünvanına sadəcə şəxsiyyət vəsiqəsini təqdim etməklə və iş yerindən arayışı bankdan uzaqlaşmadan elektron şəkildə əldə etməklə faydalana bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Rabitəbank ASC-nin təqdim etdiyi nağd pul və digər kredit məhsulları haqqında ətraflı məlumatı bu linkə daxil olmaqla əldə edə bilərsiniz.

Qeyd edək ki, Rabitəbank ASC ölkədə fəaliyyət göstərdiyi 22 il ərzində kiçik və orta biznesin əsas tərəfdaşı kimi bazarda mövqeyini qoruyub saxlamaqdadır.

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et