Hansı ölkələrin bayrağı dördbucaqlı şəklində deyil? | Banco.az

Hansı ölkələrin bayrağı dördbucaqlı şəklində deyil?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dünyadakı suveren ölkələrdən yalnız 190-ının bayrağı düzbucaqlıdır, üçü isə fərqlidir. Bu fərqli bayraqlar Nepalın, digər ikisi isə İsveçrənin və Vatikanın bayrağıdır. Dünyada tamamilə fərqli formada bayrağı olan yeganə ölkə Nepaldır. Əksər ölkələr bayraqlarını tərtib edərkən ənənəvi düzbucaqlı formaya üstünlük versələr də, Nepalın bayrağı qeyri-adi forması ilə istisna təşkil edir.

Banco.az xəbər verir ki, Nepal bayrağı qırmızı üçbucaqdan və onu əhatə edən nazik zolaqdan ibarətdir. Bayrağın yuxarı üçbucağında ağ ay simvolu olduğu halda, alt üçbucağında ağ günəş simvolu var. Qırmızı rəng ölkənin ənənəvi  milli bitkisi olan rhododendronun rəngini, kənarındakı mavi xətt isə ölkənin sakit atmosferini təmsil edir. 

1962-ci ildə bu bayraq Nepalın bayrağı kimi rəsmi olaraq qəbul edilib.

Dünyada yalnız 2 bayraq isə kvadrat şəklindədir.

Vatikanın və İsveçrənin bayraqları dünyanın digər ölkələrinin bayraqları kimi düzbucaqlı deyil, kvadratdır. Vatikan bayrağı 7 iyun 1929-cu ildə qəbul edilib. 

Ən sərfəli kredit üçün müraciət et

Dünyanın ikinci kvadrat bayrağı, Qızıl Xaç Cəmiyyətinin istifadə etdiyi tibbi bayraq ilə tez-tez qarışdırılan İsveçrə bayrağıdır. Ortasında ağ xaç olan qırmızı kvadrat. Bu bayraq İsveçrə tərəfindən 1889-cu ildən istifadə olunur. Ağ xaç xristianlığı, qırmızı rəng isə inanclarını qorumaq üçün itirilmiş qanı simvollaşdırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et