Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank “SWIFT AllianceLifeLine” servisinin istifadəsinə başlayıb. Hazırkı servisin istifadəsi məlumat mübadiləsi proseslərində, habelə “SWIFT” servisi çərçivəsində beynəlxalq miqyasda ödəniş məlumatlarının şifrələnməsində keyfiyyətinin və operativliyinin artırılmasına imkan yaradır.
PAŞA Bankın İdarə Heyətinin Sədr Müavini, Baş Əməliyyat İnzibatçısı Emil Hacıyevin sözlərinə görə, yeni servisin tətbiqi hər hansı ziddiyyət yaranmadan, Bankın “SWIFT” kanalları vasitəsilə əməliyyat proseslərini optimallaşdırmasına imkan yaradır.
”AllianceLifeline” servisinin istifadəsi ilə biz əlavə olaraq, beynəlxalq əməliyyatların həyata keçirilməsi üzrə xərcləri optimallaşdırmaqla yanaşı, fövqəladə hallar zamanı “SWIFT” servisi çərçivəsində yerinə yetirilən biznes proseslərinin təhlükəsizliyinigücləndirməyə nail olmuşuq. Həmçinin qeyd etmək lazımdır ki, biz müasir bankın fəaliyyəti üçün “SWIFT” kimi sistemin əhəmiyyətini nəzərə alaraq, sözügedən servisə yüksək SWIFT Premium Support səviyyədə texniki dəstək göstərmək məqsədilə müqavilə tərtib etmişik” – deyə E. Hacıyeva öz nitqini yekunlaşdırıb.
Bank haqqında:
PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə dəkreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və9 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 300çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-2014-cü illərdə isə "WorldFinance" tərəfindən "BestPrivate Bank inAzerbaijan" adına layiq görülmüşdür.
PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqiolan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.