“İLK Əngəlsiz Karyera Sərgisi”nin iki iştirakçısı işlə təmin olunub | Banco.az

“İLK Əngəlsiz Karyera Sərgisi”nin iki iştirakçısı işlə təmin olunub

Bank of Baku “İLK Əngəlsiz Karyera Sərgisi”ndə İki Iştirakçısına İş Təklifi Təqdim Etdi.

30 noyabr 2015-ci il tarixində, Bank of Baku son bir ay ərzində icra etdiyi “Məhdudiyyətlərə Meydan Oxuyaq” layihəsinin rəsmi bağlanış mərasimini və Azərbaycanda İLK Əngəlsiz Karyera Sərgisini həyata keçirdi.

Bir çox məqamları ilə yadda qalan bağlanış mərasimində layihə iştirakçıları ilə yanaşı, təlimçilər, KİV nümayəndələri, Bank of Baku-nun və tərəfdaş təşkilatların rəhbər şəxsləri, həmçinin karyera sərgisində iştirak edən şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirin ən böyük sürprizi isə Bank of Baku-nun özündən gəldi, belə ki, iştirakçılardan iki nəfərinə bankın Məlumat Mərkəzində işləmələri üçün rəsmi iş təklifi təqdim olundu. Bununla da, Bank of Baku layihənin təməl məqsədlərindən biri fiziki əlilliyi olan şəxslərin işlə təmin olunmalarında dəstək göstərməklə digər şirkətlər üçün nümunə olaraq xidmət etdi.

Bir ay ərzində keçdikləri təlim mövzuları üzrə iştirakçıların sertifikatla təltif olunmaları ilə yekunlaşan bağlanış mərasiminin ardınca Azərbaycanın İLK Əngəlsiz Karyera Sərgisi rəsmi olaraq açıq elan olundu.

Ən sərfəli kredit üçün müraciət et

“Fiziki Məhdudiyyət Uğurlu Karyeraya Əngəl Deyil” şüarı altında keçirilən sərgidə 30-a yaxın müxtəlif sahələrdə fəaliyyət göstərən aşağıdakı yerli və beynəlxalq şirkət iştirak etdi: Fireworks HRM, AmCham, Coca-Cola, Synergy Group, Formula 1 – Baku Grand Prix, Paşa Bank, Paşa Sığorta, Atəşgah Sığorta, Halliburton, BOS Şelf MMC, 189 Taxi Xidməti, VTB Bank, Express Bank, Hilton Baku oteli, Jumeirah Bilgah Beach oteli, Veysəloğlu MMC, Avrora, “İntegral” QSC, NOVCO MMC, ANC Group (Rahat Marketlər Şəbəkəsi), Koton, ABC Telekom, Sabah Group, Park Cinema, STmark marketinq və konsaltinq şirkəti, Bank of Baku.

Bununla da ölkədə ilk dəfə olaraq fiziki əlilliyi olan şəxslərin işlə təmin olunmasına geniş imkan yaradıldı.

Sərgi, Fireworks HRM şirkətinin və Hilton Baku otelinin dəstəyilə həyata keçirildi.