İlk 100 yeni Bolkart sahibinə Bank of Baku-dan HƏDİYYƏ! | Banco.az

İlk 100 yeni Bolkart sahibinə Bank of Baku-dan HƏDİYYƏ!

Bir neçə gün öncə hər kəsə özəl Bolkartları təqdim edən Bank of Baku müştərilərin kart seçimini asanlaşdırmaq üçün “Öz Bolkartını seç!” adlı xüsusi proqramı təqdim edir.

“Öz Bolkartını seç!” proqramından Facebook.com/Bolkart səhifəsinə daxil olaraq faydalanmaq mümkündür. Qeyd edilən məlumatları daxil etdikdən sonra proqram müştəriyə özəl Bolkartı seçəcək. Həmçinin, proqram vasitəsilə Bolkartı seçdikdə müştərinin qeyd etdiyi məlumatlar Banka daxil olacaq və bank nümayəndəsi qısa zaman ərzində əlaqə saxlayacaq. Məlumatlar təsdiqləndikdən sonra müştəri kartı rəsmiləşdirmək üçün Banka növbəsiz dəvət ediləcək.

“Öz Bolkartını seç!” proqramı vasitəsilə Bolkartını seçib rəsmiləşdirən ilk 100 nəfər Bolkartlı Bank of Baku tərəfindən ballarla mükafatlandırılacaq. Belə ki, Bolkartını seçən və bankda rəsmiləşdirən ilk 50 nəfər müştərinin aldığı yeni Bolkarta 100 Bal, növbəti 50 nəfərin aldığı Bolkarta isə 50 Bal yüklənəcək. Bu balları Bolkartın partnyor mağazalarında alış-veriş üçün istifadə etmək mümkün olacaq. Yəni, həmin mağazalarda 100AZN və 50AZN dəyərində alış-veriş etmək mümkün olacaq.

Proqram üzrə kartını seçənlərdən 100-cü Bolkart rəsmiləşdirildikdən sonra Bolkart bal hədiyyəli sifarişlər dayandırılacaq və hər kəs adi qaydada öz kartını seçmək üçün proqramdan istifadə edə biləcək.

Məlumat üçün bildirək ki, yeni Bolkartlar ilkin olaraq yalnız Bankın Baş idarəsinin müştəri xidmətləri departamenti tərəfindən veriləcək, daha sonra isə artıq bankın bütün filiallarında bu kartları əldə etmək mümkün olacaq. Əvvəlki Bolkarta sahib olan müştərilər banka yaxınlaşmaqla kartını dəyişdirə bilər. Yeni kart sifariş etmək istəyən müştərilər isə www.bolkart.az, www.facebook.com/bolkart rəsmi səhifələrdən onlayn sifariş edə və yaxud bankın istənilən filialına yaxınlaşa bilər.

Ən sərfəli kredit üçün müraciət et

Daha ətraflı:

145 məlumat mərkəzi

www.Bolkart.az

www.facebook.com/bolkart

www.instagram.com/bankofbaku

www.twittter.com/bankofbaku

www.youtube.com/bankofbaku