Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ bankları kredit tələbinin zəiflədiyini müşahidə ediblər.
Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) bu ilin üçüncü rübündə şirkətlərin kommersiya və sənaye kreditlərinə və kommersiya daşınmaz əmlak kreditlərinə tələbinin zəiflədiyini bildirib.
FED bankların kreditləşdirmə təcrübələri ilə bağlı "Böyük Kredit Mütəxəssisi Rəy Sorğusu" hesabatını dərc edib.
Hesabat ABŞ-ın 66 yerli bankı və 20 xarici bank filialından alınan cavablarla hazırlanıb. Məlumat verilib ki, sorğu iştirakçıları ümumilikdə iri və orta şirkətlərə verilən kommersiya və sənaye kreditləri üzrə standartların dəyişmədiyini, lakin kiçik şirkətlərə verilən kreditlər və kommersiya daşınmaz əmlak kreditləri üzrə standartların sərtləşdirildiyini bildiriblər.
Hesabatda üçüncü rübdə hər ölçüdə şirkətlərə verilən kommersiya və sənaye kreditlərinə tələbin zəiflədiyi bildirilib. Qeyd olunub ki, bütün kommersiya daşınmaz əmlak kreditləri kateqoriyalarına tələbat zəifləyib.
Hesabatda kredit kartı kreditləri üçün standartların sərtləşdirildiyi, lakin avtomobil və digər istehlak kreditləri üçün dəyişməz qaldığı vurğulanıb. Qeyd olunub ki, avtomobil və digər istehlak kreditlərinə tələb zəifləyib, lakin kredit kartı kreditlərinə tələbat mahiyyətcə dəyişməyib.
Bizi sosial şəbəkələrdən izləyin!!