Azərbaycanda Əməkhaqqı və pensiyalar artırılacaq – Nazir AÇIQLADI | Banco.az

Azərbaycanda Əməkhaqqı və pensiyalar artırılacaq – Nazir AÇIQLADI

Həm minimum əməkhaqqı, həm də pensiyalar artırılacaq. 

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Həmçinin nazir bildirib ki, bununla bağlı təkliflər hazırlanıb və dövlət büdcəsinin daxilində nəzərə alınıb: “Dövlət büdcəsinin müzakirəsi yekunlaşdıqdan sonra elan ediləcək”.

Ən sərfəli kredit üçün müraciət et

O qeyd edib ki, hər il ölkədə həm yaşayış minimumu, həm də ehtiyac meyarı artırılır.