“FINCA Azerbaijan” bir zənglə biznes krediti təklif edir | Banco.az

“FINCA Azerbaijan” bir zənglə biznes krediti təklif edir

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı müsbət kredit tarixcəsi olan müştərilərinə bir zənglə biznes krediti təklif etməyə başlayıb. Təşkilatın yeni sadə kreditləşmə qaydaları təkrar müştərilərə krediti bir telefon zəngində təsdiq etməyi nəzərdə tutur. Zəng əsasında filiala dəvət olunan müştərilərdən zamin və girov tələb olunmur, sadəcə müştəri müqavilə imzalayaraq vəsaiti əldə edir.

Ən sərfəli kredit üçün müraciət et

Təşkilatın asanlaşdırılmış kredit qaydalarının əsas  məqsədi sahibkarlara hazırkı iqtisadi şəraitdə dəstək olmaq və onları asan və maneəsiz maliyyə resurslarına cıxış imkanları ilə təmin etməkdir.  

Kreditlər həm yerli, həm də xarici valyutada təklif olunur. Kreditin faktiki illik faiz dərəcəsi (FİFD) 25% təşkil edir. Bura 1% komissyon haqqı da daxildir. Əlavə hər hansı sığorta və ya digər xərclər nəzərdə tutulmayıb.