DəmirBank öhdəliklərini uğurla yerinə yetirir | Banco.az

DəmirBank öhdəliklərini uğurla yerinə yetirir

“DəmirBank” kredit məbləğinin 10 faizini geri ödəyir

 “Energocredit” layihəsi çərçivəsində “DəmirBank” elektrik enerjisinə qənaətli texniki və məişət avandanlıqları alan müştərilərə həmin avadanlıqları almaq üçün kredit verməklə yanaşı, kredit məbləğinin 10%-ni nağd şəkildə müştərinin özünə geri ödəyir. Belə ki, enerjiye qənaət edən soyuducular, paltaryuyan maşınlar, kondisioner sistemləri almaq istəyən istər fiziki şəxslər, istərsə də sahibkarlar və hüquqi şəxslər maliyyələşdirmə üçün “DəmirBank”ın istənilən filialına müraciət edə bilərlər. Bununla yanaşı, müştərilər enerjiyə qənaət edən məhsulların qənaət imkanlarının dəyərləndirilməsində pulsuz tekniki dəstəkdən yararlanmaq imkanı da verilir.

“Energocredit” layihəsi “Avropa Yenidənqurma və İnkişaf Bankı” (AYİB)  tərəfindən hazırlanmışdır və onlar tərəfindən dəstəklənir. Eyni zamanda  layihə Avropa Birliyi Qonşuluq İnvestisiya Mexanizmi , AYİB Səhmdarlarının Xüsusi fondu  və Avstriya Respublikası Maliyyə Nazirliyi tərəfindən dəstəklənir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “DəmirBank” “Energocredit” layihəsinə ötən ilin sentyabr ayından qoşulub. AYİB layihəni gerçəkləşdirmək üçün “DəmirBank”a 5 milyon ABŞ dolları ayırıb.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

Ən sərfəli krediti almaq üçün müraciət et