Bir toxunuşla arzunuzu reallaşdırın! | Banco.az

Bir toxunuşla arzunuzu reallaşdırın!

Unibank növbəti yeniliyini təqdim etdi. Bankın müştəriləri artıq POS-terminala bir toxunuş etməklə ödənişə imkan verən təmassız Albalı Plus MasterCard kartını əldə etmək imkanı qazanacaqlar.

Ödəniş kartları və nağdsız ödənişlər sferasında texnoloji yenilikləri izləyərək öz məhsul çeşidini daima yeniləyən “Unibank”dan daha bir xəbər! Artıq Unibank öz müştərilərinə bir toxunuşla ödəniş etməyə imkan verən Albalı Plus MasterCard təmassız (contactless) ödəniş kartlarını təqdim etməyə hazırdır! Ötən aylarda öz  “Kart Prosessinq Mərkəzi”ni istifadəyə verən Unibank, ardından “MasterCard” təmassız texnologiyaların dəstəklənməsi üzrə sertifikasiya prosesini də uğurla başa çatdırdı.

MasterCard PayPass  qabaqcıl texnologiya olub, kartı terminala oxutmadan, ödənişi tək bir toxunuşla həyata keçirməyə imkan verir. Bu cür ödəniş MasterCard PayPass  loqotipi ilə təchiz olunmuş, yəni həmin funksiyanı dəstəkləyən  istənilən POS-terminalda keçərlidir.

Bu texnologiyanın özəlliyi ölkə daxilində 20 manatadək xırda alış-veriş əməliyyatlarının PIN-kod daxil edilmədən yerinə yetirilə bilməsidir. Bu, kart istifadəçilərinin vaxtına qənaətə imkan yaratmaqla, kartdan istifadəni daha da asanlaşdırır. Eləcə də, təmassız ödəniş zamanı kartı xidməti personala təqdim etmədən, bilavasitə kart sahibi tərəfindən terminala yaxınlaşdırmaqla yerinə yetirmək imkanı, kart ödənişlərinin güvənliyini daha da yüksəltmiş olur.

Ən sərfəli kredit üçün müraciət et

Unibank artıq seçilmiş partnyor şəbəkəsində təmassız ödənişləri dəstəkləyən POS-terminalların quraşdırılmasına da start verib. Belə ki, bankın başa çatdırdığı sertifikatlaşma işləri təmassız ödəniş kartlarının emissiyası ilə yanaşı, bu cür ödənişləri dəstəkləyən POS-terminallara xidmət olunmasına da imkan yaradır.

Albalı Plus MasterCard təmassız  ödəniş kartlarını  Unibank-ın Baş ofisindən əldə əldə bilərsiniz.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.