Ramazan bayramı ərəfəsində “Bank of Baku” Bolkart sahibləri üçün sərfəli alış-veriş kampaniyası elan edir. 24-28 iyul 2014-cü il tarixlərində Bolkart şəbəkəsinə aid supermarketlərdə alış-veriş etmiş kart sahibləri avqustda deyil, sentyabr ayında ödəniş imkanı qazanacaqlar. Beləliklə, Bolkart sahibləri ödənişlərini 2 ay sonra etmiş olacaqlar.
Bu kampaniyadan faydalanan Bolkart sahibləri bayram süfrələrini min bir ləziz ərzaq və məhsulla bəzəyə bilərlər.Bolkartın keçərli olduğu supermarketlər geniş və keyfiyyətli məhsul çeşidləri ilə fərqlənir.
Bolkart şəbəkəsinə aid supermarketlərin siyahısı ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür: http://www.bolkart.az/?/az/stores/
Bu gün yüz minlərlə Azərbaycan vətəndaşı Bolkart-dan gündəlik istifadə edir.
Bolkartın onlayn sifarişi: http://bolkart.az/#openorder
Ətraflı məlumat: www.facebook.com/Bolkart