Bank of Baku-ya Köhnə Bolkartını Gətir, Yenisini Apar! | Banco.az

Bank of Baku-ya Köhnə Bolkartını Gətir, Yenisini Apar!

Bank of Baku, bir müddət öncə təqdim etdiyi və müştərilərinə daha böyük üstünlüklər qazandırdığı yeni Bolkart kredit kartlarından istifadənin stimullaşdırılmasına başlayıb. Belə ki, köhnə Bolkart sahibi olan müştərilər indi Bankın istənilən filialına yaxınlaşmaqla yeni bolkartın rəsmiləşdirilməsi üçün müraciət edə bilərlər.

Yeni Bolkartı (Bolkart Gənc, Bolkart Ailə, Bolkart Gold, Bolkart Diamond) əldə etmək istəyən şəxslər iş yerindən arayışı və ya gəlirlərini təsdiq edən sənədi təqdim etməklə Bankın istənilən filialına müraciət etməlidirlər.

Ən sərfəli kredit üçün müraciət et

Yeni Bolkartlardan istifadənin təşviqi fonunda, köhnə Bolkart kredit kartlarının şərtlərində müəyyən dəyişikliklərin olması da nəzərdə tutulub. Dəyişikliklər əsasən kartlardan istifadə və ödəniş aktivliyindən asılı olaraq 28 yanvar 2016-cı il tarixindən etibarən tətbiq olunur.

Bank of Baku-nun müştərilərinə təqdim etdiyi köhnə Bolkart və digər taksit kartlar (İdeal, MyBrands) üzrə tətbiq etdiyi dəyişikliklərlə bağlı ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.