“Bank of Baku” və MilliÖn-dən YENİLİK: vəsaitiniz 5 saniyədə kartınızda! | Banco.az

“Bank of Baku” və MilliÖn-dən YENİLİK: vəsaitiniz 5 saniyədə kartınızda!

Bank of Baku MilliOn ödəmə sistemi ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirərək müştərilərinə yeni xidmət imkanları qazandırır. Belə ki, Bank of Baku-nun plastik kart sahibləri öz balanslarını indi MilliÖn ödəmə terminalları vasitəsilə də cəmi 5 saniyə ərzində artıra biləcəklər. 

Bunun üçün müştərilər MilliÖn terminallarında bank xidmətləri menyusundan Bank of Baku-nu, daha sonra karta köçürülməsi (kart hesabına yatırım) bölməsini seçərək, tələb olunan məlumatları daxil etmələri kifayətdir. Hesaba nağd üsulla mədaxil ediləcək məbləğ, cəmi 5 saniyə ərzində kartın balansına oturacaq.

Bütün ölkə ərazisində 5000-ə yaxın ödəniş nöqtəsinə malik olan MilliÖn terminalları vasitəsilə təqdim olunan bu xidmətdən həftənin 7 günü, günün 24 saatı heç bir komissiya haqqı tutulmadan istənilən vaxt faydalanmaq olar. Bu da öz növbəsində müştərilərin filialdaxili etdiyi əməliyyat zamanı növbədə gözləyərək, yaşana biləcək əlavə vaxt itkisinin qarşısının alınmasına xidmət edir.   

Bank of Baku-nun müştəriləri MilliÖn terminalları vasitəsilə plastik kart balanslarını artırmaqla yanaşı, həmçinin yeni kredit sifarişi və cari kreditlərinin ödənişini də həyata keçirə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, müştərilərə bu xidmətdən istifadə imkanı ilk dəfə olaraq Bank of Baku-nun 24/7 rejimində fəaliyyət göstərən ödəniş terminalları vasitəsilə ötən il təqdim olunmuşdur.

Ödəniş terminallarından istifadə ilə bağlı əlavə məlumat üçün Bank of Baku-nun 145 Məlumat Mərkəzi və “MilliÖn” ödəmə sisteminin *0010 nömrəli qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz.

 

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku