Bank of Baku “Rəqəmsal Maliyyə Xidmətləri göstərən ən qabaqcıl Təşkilat” nominasiyasında qalib gəlib! | Banco.az

Bank of Baku “Rəqəmsal Maliyyə Xidmətləri göstərən ən qabaqcıl Təşkilat” nominasiyasında qalib gəlib!

Bank of Baku, Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən təşkil olunan “AMFA Mükafatlandırma Proqramı – 2016” çərçivəsində keçirilən müsabiqədə “Müştərilərinə Rəqəmsal Maliyyə Xidmətləri təklif edən Qabaqcıl Təşkilat” nominasiyası üzrə mükafata layiq görülüb. Mükafatlandırma mərasimi, 29 yanvar 2016-cı il tarixində yerli və beynəlxalq maliyyə qurumlarının iştirakı ilə keçirilən tədbirdə təşkil olunmuşdur.

Belə ki, Azərbaycanın bank sektorunun müxtəlif sahələrində bir çox yeniliklərə imza atmaqla yanaşı, hal-hazırda geniş tətbiq olunan rəqəmsal maliyyə xidmətlərinin böyük əksəriyyətini ilk dəfə olaraq müştərilərə təqdim edən məhz Bank of Baku olub. Bunlara İnternet-bankçılıq, sms-bankçılıq, cash-in ödəniş terminalları, elektron arayış xidməti, sms-kredit, 3D secure, həmçinin onlayn kredit, plastik kart sifarişi, müxtəlif ödənişlərin həyata keçirilməsi və digər xidmətlər aiddir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunan xidmətlərdən bankın ümumilikdə 80%-dən çox müştərisi mütəmadi olaraq faydalanır. Bununla da, Bank müştərilərinə vaxtına qənaət etməklə, olduğu yerdən asılı olmayaraq istənilən bank xidmətindən 24/7 rejimində faydalanmaq imkanı verir.

Sektorunun qabaqcıl üzvlərindən olan Bank of Baku müasir dövrün tələblərinə uyğun olaraq, rəqəmsal maliyyə xidmətlərinin tətbiqinin və əhatə dairəsinin daha da genişləndirilməsini nəzərdə tutur.

Qeyd edək ki, Bank of Baku mikromaliyyə sahəsində fəaliyyət göstərən qurumları özündə birləşdirən və bu sahənin inkişafında əvəzsiz rolu olan Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə son illər ərzində uğurla əməkdaşlıq etməkdədir. Kiçik və orta sahibkarlara mikrokreditləri, banklar tərəfindən maliyyələşdirilməyən bir çox peşə sahibləri üçün peşə kreditlərini, həmçinin start-up məhsulunu təqdim edən Bank of Baku ölkədə mikromaliyyənin inkişafında öz töhvəsini verməkdədir.