Artıq “Bank of Baku”-nun müştəriləri kreditlərini eManat terminallarında rahat ödəyə və sifariş edə bilərlər. Bu, “Bank of Baku” və “Modenis” MMC arasında əldə edimiş razılaşma çərçivəsində mümkün olub. Əməkdaşlıq sayəsində bankın müştəriləri kredit ödənişini və sifarişini Azərbaycanın bir çox şəhər və qəsəbələrində yerləşdirilmiş çoxsaylı eManat ödəniş terminallarında edə bilərlər.
Terminallar vasitəsilə kredit ödənişi və sifarişi sürətlə həyata keçirilir və istifadə qaydaları kifayət qədər sadədir. Müştəri hesab nömrəsini və şəxsiyyət vəsiqəsinin məlumatlarını daxil edib ödənişini həyata keçirə bilər.Müştərilərin rahatlığı üçün kartın son 8 rəqəmini və doğum tarixini qeyd edib ödəniş etmək imkanı da yaradılıb.Yaxın zamanlarda isə müştəri kodu ilə ödəniş imkanı da yaradılacaq.
Hazırda Azərbaycan ərazisində eManat terminalları ən müxtəlif ictimai yerlərdə quraşdırılıb.eManat vasitəsilə ödəmə xidmətləri pulsuzdur.eManat terminalları həftənin bütün günləri, sutkada 24 saat ərzində işləyir.
Əlavə məlumat:
“Bank of Baku” 145 nömrəli Məlumat Mərkəzi
“Modenis” MMC (012) .
Bank of Baku