Bank of Baku-nun dəstəyilə “Uğurun Xəritəsi” işıq üzü gördü | Banco.az

Bank of Baku-nun dəstəyilə “Uğurun Xəritəsi” işıq üzü gördü

Bank of Baku, fiziki məhdudiyyətlərə meydan oxumağa davam edir. Belə ki, bir müddət öncə Bank həyata keçirdiyi “Məhdudiyyətlərə Meydan Oxuyaq” layihəsinin iştirakçısı Murad Məmmədovun kitabının nəşr olunmasında maliyyə dəstəyi göstərib.

“Uğurun Xəritəsi” adlanan kitabın rəsmi təqdimat mərasimi 09 avqust 2016-ci il tarixində keçirilib. Kitab, müəllifin qeyd etdiyi kimi, təkcə fiziki məhdudiyyəti olan şəxslər üçün deyil, eyni zamanda sağlamlığında heç bir məhdudiyyəti olmayan, həyatda qarşılaşdığı çətinlikləri dəf etməkdə özünəinam və motivasiyaya ehtiyacı olan hər bir şəxs üçün nəzərdə tutulub.

Kitabın işıq üzü görməsi və oxuculara çatmasına qədər gedən yol, ən azı kitab yazmaq qədər çətin olduğunu deyən Murad Məmmədov: “Nəhayət ki, ilk müraciətimdən dəstək göstərəcəyini qeyd edən qurum tapıldı. Bu “Bank of Baku” ASC oldu. O bank of Baku ki, məni və 40 nəfərə yaxın fiziki əlilliyi olan şəxsi “Məhdudiyyətlərə Meydan Oxuyaq” layihəsi altında toplayaraq, dəstəyə ehtiyacı olan şəxslərə lazımi dəstəyi göstərməklə, cəmiyyətə və insanlığa böyük bir töhfə vermişdir. Bank, bu gün də, öz missiyasını davam etdirərək, həm mənim yaşadığım və şahidi olduğum hadisələri kitab şəklində insanlara çatdırmaq məqsədimin gerçəkləşdirilməsində, həm də kitabı əldə edəcək şəxslərin uğur qazanmaları üçün  böyük fürsət yaradaraq bu sosial layihənin həyata keçirilməsini öz üzərinə götürdü.”

Ən sərfəli kredit üçün müraciət et

​Bank of Baku-nun Reklam və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Nigar Tahirova: “Dəstəyə ehtiyacı olan şəxslərin həyatında müsbət dəyişiklik gətirə biləcək bu kitabın nəşr olunmasında bizim də rolumuzun olduğu üçün qürur duyuruq. Sosial Məsuliyyət siyasətimizə sadiq qalaraq, bundan sonra da cəmiyyət üçün faydalı ola biləcək layihələrin icrasında böyük məmnuniyyətlə öz dəstəyimizi göstərəcəyik”, deyə qeyd edib.