Bank of Baku, xaricə səfər etməyi planlaşdıran VIP müştərilər üçün xüsusi təkliflərlə dolu silsilə kampaniyalarından daha birinə start verir.
30 iyun – 8 iyul 2016-cı il tarixlərini əhatə edən kampaniya çərçivəsində müştərilər Banka uçuş biletini və ya turizm şirkətlərindən əldə etdikləri səyahət paketini təsdiq edən sənədi təqdim etməklə Bolkart Gold kredit və ya debet kartını PULSUZ, Bolkart Diamond kredit və ya debet kartını isə 50% endirimlə əldə edə biləcəklər. Bu müddət ərzində uçuş tarixindən asılı olmayaraq hər bir şəxs kampaniyadan faydalanmaq üçün Banka müraciət edə bilər.
Bolkart Kredit kartları üzrə kampaniya çərçivəsində müştərilər aşağıdakı şərtlərlə kampaniyadan faydalana bilərlər:
- İllik xidmət haqqısı 40 AZN olan Bolkart Gold kredit kartını bütün illər üzrə xidmət haqqısından azad olunmaqla tam PULSUZ əldə edəcəklər;
- 150 AZN dəyərində olan Bolkart Diamond kredit kartını 50% endirimlə ala biləcəklər. Üstəlik, Bolkart Diamond sifariş edən hər bir şəxsə hədiyyə olaraq Priority Pass kartı pulsuz olaraq təqdim olunur.
VIP kateqoriyalı hər iki kredit kartın rəsmiləşdirilməsi üçün müştərilərdən şəxsiyyət vəsiqəsi və iş yerindən arayışın təqdim etmələri tələb olunur.
Şəxsi vəsaitdən istifadə üçün nəzərdə tutulan Bolkart Gold və Bolkart Diamond debet kartlarını isə Bankın istənilən filialına müraciət edən hər bir şəxs əldə edə bilər. Uçuş biletini təqdim etməklə müştərilər 50 AZN dəyərində olan Bolkart Gold debet kartını pulsuz, 150 AZN dəyərində olan Bolkart Diamond kartını isə 50% endirimlə sadəcə 75 AZN ödəməklə əldə edə biləcəklər. Bolkart Diamond debet kartını əldə edənlərə də Bank of Baku-dan Priority Pass kartı HƏDİYYƏ olunacaq.
Qeyd edək ki, Bolkart debet kartlarının indi təkcə AZN valyutasında deyil, eyni zamanda USD və EUR valyutalarında da rəsmiləşdirilməsi mümkündür.
Bolkart kredit və debet kartları haqqında daha ətraflı məlumatla http://www.bolkart.az/ internet ünvanından tanış ola bilərsiniz.