Bolkartın 5 illiyi münasibətilə Bank of Baku start verdiyi “Bolkartla Qazan” aylığı çərçivəsində müştərilərini sevindirməkdə davam edir.
Bu dəfə “VİP müştərilərə, VİP təklifimiz var” şüarı altında icrasına başlanılan sayca 9-cu kampaniyadan Bolkart Gold və Bolkart Diamond kartlarını əldə etmək istəyən müştərilər faydalana biləcəklər.
Sahibinə özəl üstünlüklər qazandıran bu kartları 09-30 noyabr tarixləri arasında 50% endirimlə əldə etmək olacaq. Yəni, iki illik xidmət haqqısı 50 AZN olan Bolkart Gold Debet kartını 25 AZN, illik xidmət haqqısı 40 AZN olan Bolkart Gold Kredit kartını isə müştərilər sadəcə 20 AZN ödəyərək sifariş edə bilərlər.
Kampaniyadan kənar günlərdə 150 AZN dəyərində olan Bolkart Diamond debet və kredit kartını isə 75 AZN ödəməklə əldə etmək olar. Üstəlik, kampaniya dövründə bu kartlardan birini sifariş edən hər bir şəxsə Bank of Baku Priority pass kartını HƏDİYYƏ olaraq təqdim edəcək. Priority pass kartı dünyanın bütün hava limanlarında VİP zallara keçid imkanı verən xüsusi kartdır. Kartın üstünlükləri haqqında daha ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.
Kampaniyada həm debet, həm də kredit kartları iştirak edir. Debet kartlarını AZN, USD, EUR olmaqla hər üç valyutada sifariş etmək olar. Bir müştəri, eyni valyutada ancaq bir kart sifariş edə bilər. Debet kartların rəsmiləşdirilməsi üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə istənilən filiala yaxınlaşmanız kifayətdir. Kredit kartlarının sifarişi üçün isə şəxsiyyət vəsiqəsi ilə yanaşı, iş yerindən arayışın təqdim olunması da tələb olunur.
Bolkartın 5 illiyi münasibətilə keçirilən bütün kampaniyalar haqqında ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.
Daha ətraflı:
145 məlumat mərkəzi