Bank of Baku, 2016-2017-cı tədris ilinə hazırlaşan məktəblilərə özəl olaraq yeni kampaniyaya start verib.
“Yeni Dərs İlinə Əlaçı” şüarı altında keçirilən kampaniya Bolkartlı valideynlərə övladları üçün məktəb bazarlıqlarını daha rahat və sərfəli şərtlərlə etmək imkanı verir. Belə ki, kampaniyadan, həm “1 aya ödə”, həm də “3 və ya 6 aya ödə” opsiyaları üzrə alış-veriş edən Bolkartlılar faydalana biləcəklər.
Kampaniyaya əsasən, Bolkartlılar “1 aya ödə” partnyorlarında etdikləri alış-verişin dəyərini 2 ay sonra, yəni sentyabrdakı məktəb bazarlıqlarının xərcini noyabrda ödəyəcəklər. “3 və ya 6 aya ödə” partnyorlarında etdikləri alış-verişin ödənişinə isə +1 ay HƏDİYYƏ qazanacaqlar. Bununla da, 3 aylıq partnyorlarda edilən alış-verişin xərcini 4 aya, 6 aylıq partnyorlarda isə dəyərini 7 aya ödəyə biləcəklər.
01-15 sentyabr 2016-cı il tarixlərini əhatə edən kampaniya Bolkartın dəftərxana ləvazimatları, supermarket və seçilmiş uşaq geyim mağazalarında keçərlidir.
Bolkart kredit və debet kartları, həmçinin ən son kampaniyalar haqqında daha ətraflı məlumatla http://www.bolkart.az/ internet ünvanından tanış ola bilərsiniz.
Daha ətraflı:
145 məlumat mərkəzi