Bank of Baku-da Manatla Depozit indi Daha Cazibəli Oldu! | Banco.az

Bank of Baku-da Manatla Depozit indi Daha Cazibəli Oldu!

Bank of Baku-nun “Manat” depozitinin faiz şərtlərində tətbiq etdiyi yeni dəyişikliklər müştərilərinə əmanətlərini daha sərfəli şərtlərlə banka yerləşdirmələrinə şərait yaradacaq.

Tətbiq olunan yeni yüksək faiz şərtləri ilə əmanətçilər qısa müddət ərzində vəsaitlərini daha çox artırmaq imkanı əldə edirlər. Belə ki, “Manat” depozit məhsulu üzrə əmanət yerləşdirən müştərilər indi 1 aya illik 12% olmaqla gəlir əldə edə bilərlər. Bununla yanaşı, əmanətçilər 3 ay müddətinə 13%, 6 aya isə illik 14% faiz olmaqla Bankın istənilə şöbə və filialında əmanət hesabı açdıra bilərlər.

Maksimal məbləğdə heç bir məhdudiyyət qoyulmayan “Manat” əmanəti üçün tələb olunan ilkin minimal məbləğ 500 AZN təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

2007-ci ildən etibarən Əmanətlərin Sığortalanması Fondunun üzvü olan Bank of Baku-da 12%-dək və 30.000 AZN qədər yerləşdirilən əmanətlərin sığortalanması tam təmin olunur.

Bank of Baku-nun “Manat” və digər əmanət məhsulları haqqında daha ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzi ilə əlaqə saxlamaqla və ya rəsmi internət ünvanı http://www.bankofbaku.com/  və Facebook səhifəsinə https://www.facebook.com/bankofbaku daxil olmaqla tanış ola bilərsiniz.