"AtaBank" ödəniş terminalları şəbəkəsini genişləndirir | Banco.az

"AtaBank" ödəniş terminalları şəbəkəsini genişləndirir

“AtaBank” ASC filial və bankomat şəbəkəsi ilə yanaşı ödəniş terminalları şəbəkəsinin genişləndirilməsinə də xüsusi diqqət yetirir. Bu da həftənin bütün günləri müştərilərəBanka məxsus terminallar vasitəsi ilə 24 saat fasiləsiz geniş çeşiddə məhsul və xidmətlər üzrə ödənişlərin aparılması imkanını yaradır.Hal-hazırda ödəniş terminallarında kredit ödənişləri, kommunal xidmət, mobil rabitə, internet, kabel TV və digər ödənişləri həyata keçirmək mümkündür.

Ödəniş terminalları şəbəkəsi “AtaBank”–ın bütün filiallarını əhatə edir, bu istənilən vaxt aparatların xidmətindən istifadəni mümkün edir.

“AtaBank”–ın ödəniş terminallarında digər kommerisya banklarının kredit ödənişlərinin qəbulu funksiyası aktivdir.

Ən sərfəli kredit üçün müraciət et

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

"AtaBank" ASC xidmət və məhsulları haqqında daha ətraflı məlumat almaq üçün Bankın rəsmi səhifəsi www.atabank.com  vəwww.facebook.com/atabankünvanlarına müraciət edə bilərsiniz.