“AtaBank” bankomatlarının sayını günbəgün artırır | Banco.az

“AtaBank” bankomatlarının sayını günbəgün artırır

“AtaBank” ASC  filial şəbəkəsi ilə yanaşı bankomat şəbəkəsinin də genişləndirilməsinə xüsusi diqqət yetirir. “AtaBank” müştərilərin rahatlığı üçünmetro stansiyalarda yeni tipli bankomatlar yerləşdirir. Yeni bankomatlar“Elmlər Akademiyası”, “Qara Qarayev” və “Əhmədli” metro stansiyalarında quraşdırılaraq  müştərilərin ixtiyarına verilmişdir. Hazırda bankın fəaliyyət göstərən ATM-lərinin sayı 85 ədəd təşkil edir. Onlardan  3-üsəyyar  bankomatlar  olan “AtaMatik” Şəmkir, Qazax, Tovuz, İsmayıllı, Mingəçevir və Gədəbəy rayonlarının ucqar kəndlərində müştərilərin xidmətindədir.

Ən sərfəli kredit üçün müraciət et