“AtaBank” ASC Visa Electron Vertical –kartlarını təqdim etməyə davam edir | Banco.az

“AtaBank” ASC Visa Electron Vertical –kartlarını təqdim etməyə davam edir

“AtaBank” MDB-də ilk şaquli ödəmə kartını — Visa Electron Verticalyenidən təqdim edir. Visa Electron Vertical kartının unikallığı ondan ibarətdir ki, kartın üzərindəki təsvir və bütün şəxsi məlumatlar (ad, soyad, kartın nömrəsi və qüvvədə olduğu müddət) karta şaquli olaraq daxil edilmişdir. MDB-də ilk Visa Electron Vertical kartını buraxan bank Azərbaycanın “AtaBank” ASC olmuşdur.

“AtaBank” Visa Electron Vertical kartını əldə etmək istəyənlərə bir-birindən üslubu və tərtibatı ilə fərqlənən iki variantda kart təklif edir:

Visa Electron Vertical Fire və Visa Electron Vertical Grey. Bu kartlar vasitəsilə depozit, əmək haqqı və debet əməliyyatlarını rahatlıqla həyata keçirmək olar. Xidmət şərtlərinə görə “Visa” nın digər adi kartlarından fərqlənmir. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2004-cü ildən “AtaBank”  VİSA İnternational Beynalxalq ödəniş sisteminin assosiasiyanın üzvüdür. 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank olaraq fəaliyyətini davam etdirməkdədir. Bank korporativ və fərdi müştərilərə tam spektr maliyyə xidmətləri təqdim edir.

"AtaBank" ASC xidmət və məhsulları haqqında daha ətraflı məlumat almaq üçün bankın rəsmi səhifəsi www.atabank.com www.facebook.com/atabank  ünvanlarına müraciət edə bilərsiniz.