“AtaBank” ASC öz reytinqini təsdiqlədi | Banco.az

“AtaBank” ASC öz reytinqini təsdiqlədi

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycanın aparıcı banklarından biri olan "AtaBank" ASC-nin qısamüddətli reytinqini "B" və uzunmüddətli reytinqini “B-“ səviyyəsində növbəti dəfə təsdiqləmişdir və bankı “RWN” statusundan çıxarmışdır.

“Fitch Ratings” agentliyi “AtaBank” ASC-nin reytinqini qiymətləndirərkən korporativ idarəetmədə müsbət təcrübəsini, stabilliyini və  daha çox şəffaflıq nümayiş etdirməsini əsas götürmüşdür.

Ən sərfəli kredit üçün müraciət et

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir