29-31 avqust 2014-cü il tarixində, Şəki şəhərində, Qafqazda ilk dəfə
dünyanın bir çox ölkələrindən qatılan baykerlərin iştirak etdiyi Moto
Festival keçirilib. Bütün festival ərzində "AtaBank" ASC-nin səyyar bankomatı olan "AtaMatik", Şəkinin tarixi memarlıq abidəsi olan Aşağı
Karvansarayın qarşısında dayanaraq iştirakçılara, azarkeşlərə,
nümayəndələrə və bütün qonaqlara müxtəlif növ bank əməliyyatlarından
istifadə etmək imkanı yaradıb. "AtaMatik" səyyar bankomatının göstərdiyi
xidmət sayəsində hər bir kəs plastik kart vasitəsi ilə nağd pul çıxara,
habelə nağdsız ödənişlər və əməliyyatlar apara bilıb.
Öz müştərilərinə daim innovativ texnoloji imkanlar təqdim edən "AtaBank"
ASC-nin İdarə Heyətinin üzvü - İcraçı Direktor Elnur Osmanov bildirib ki:
"Moto Festivalda dünyanın bir çox ölkələrindən baykerlər iştirak edib və
iştirakçılara məhz AtaBankın xidmət göstərməsi ilə fəxr edirik və qürur
duyuruq".Xatırladaq ki, Moto Festivalda ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Gürcüstan, Xorvatiya, İran və s. ölkələrdən baykerlər iştirak edib.