Kapital Bank MilliÖN ödəniş sisteminə qoşuldu. Bankın müştəriləri aylıq kredit borclarını indi MilliÖN köşkləri vasitəsilə də ödəyə bilərlər. Bunun üçün sadəcə MilliÖN köşkündəki "Bank xidmətləri" bölməsində "Kapital Bank" adını seçmək lazımdır. Müştəri kodunu müvafiq xanalarda göstərir, zəruri məbləği daxil edib, çek alır. Ödəniş real vaxt rejimində yerinə yetirilir və buna görə müştəridən komissiya haqqı tutulmur.
Kapital Banka kredit borcu ödənişləri indi MilliÖN-də

