Müəllif: Gülnar Əhmədli, Banco.az
"Unibank"ın xalis mənfəəti cari ilin yanvar-iyun aylarında 6 milyon 888 min manat olub.
Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 30 iyun tarixinə Bankın aktivləri 52 milyon 564 min manat (3%) artaraq 1 milyard 812 milyon 289 min manata çatıb. 2024-cü ilin sonunda "Unibank"ın aktivləri 1 milyard 759 milyon 725 min manat olub.
Bankın kredit portfeli bu dövr ərzində bir qədər də artaraq 1 milyard 205 milyon 288 min manata çatıb. Bu isə cari ilin əvvəli ilə müqayisədə 50 milyon 765 min manat (4,4%) artım deməkdir.
6 ayın (yanvar-iyun ayları) nəticələrinə görə, Bankın depozit portfeli 2024-cü ilin sonu ilə müqayisədə 40 milyon 533 min manat və ya 3,4% artaraq 1 milyard 245 milyon manatı ötüb.
Bizi sosial şəbəkələrdən izləyin!!