Bu ilin iyul ayında "Bakı Metropoliteni" QSC 16 milyon sərnişinə xidmət göstərib.
Bu barədə səhmdar cəmiyyətindən məlumat verilib.
Məlumata əsasən, ötən ay üzrə ən çox sərnişin iyulun 1-də daşınıb (643 756 nəfər). İyulun 20-si isə 336 702 sərnişinlə ən sakit gün olub.