Müəllif: Gülnar Əhmədli, Banco.az
Ölkənin ən böyük banklarından biri olan Bank Respublika 2025-ci ilin birinci yarısında (yanvar-iyun ayları) 27 milyon 899 min manat xalis mənfəət əldə edib.
Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın xalis mənfəəti 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,2% artıqdır.
2024-cü ilin yanvar-iyun aylarında bankın xalis mənfəəti 26 milyon 264 min manata bərabər idi.
Bank Respublika-nın aktivləri isə 2024-cü ilin sonu ilə müqayisədə 481 milyon 748 min manat və ya 22,2% artaraq 30 iyun 2025-ci il tarixinə 2 milyard 658 milyon 381 min manata yüksəlib. Bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.
Hesabat dövründə bankın kredit portfeli 1 milyard 525 milyon 723 min manat, depozit portfeli isə 1 milyard 429 milyon 680 min manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!