Banco.az | Tezliklə

Worldcard-la artıq 2000dən çox ticarət obyektində alış-veriş etmə imkanı!

Azərbaycanca

Azərbaycanın qazandıran kredit kartı olan və son 2 il ərzində sürətlə inkişaf edən Worldcard-la ödəniş edə biləcəyiniz  artıq 2000dən çox ticarət obyekti vardır.  

“MOODY’S” UNİBANKın REYTİNQİNİ ARTIRIB

Azərbaycanca

«Moody’s Investors Service» Beynəlxalq agentliyi «Unibank» ASC-nin reytinq qiymətləndirməsi üzrə proqnozlarını «pozitiv»ə qədər yüksəldərək, bir daha Bankın uzunmüddətli öhdəliklər reytinqini «B2» səviyyəsində təsdiqləyib. Bankın maliyyə dayanıqlılığı reytinqini isə agentlik «E+» səviyyəsində dəyərləndirib.

Bolkart: Azərbaycanda ən çox istifadəçisi olan kredit kartı!

Azərbaycanca

“Bank of Baku” Azərbaycanın ən çox istifadə edilən kredit kartı üçün “Bolkartı hamı sevir” şüarı altında növbəti imic kampaniyasına start verir. Müştərilərini müxtəlif yenilik və kampaniyalarla daim sevindirən Bolkart istifadəçilərinin sayı böyük sürətlə artmaqda davam edir. Belə ki, bu günlərdə Bolkart sahiblərinin sayı artıq 210.000-i aşıb və bu, yerli kredit kartları arasında ən yüksək göstəricidir.

UNİBANK MÜŞTƏRİSİNƏ UĞUR GƏTİRDİ

Azərbaycanca

Unibank-dan  Nissan Altima-nı  Sumqayıt  sakini Niyaməddin Ağayev qazandı.  Bank,  müştərisi üçün əsl Novruz  hədiyyəsi etdi. Bu gün avtomobil sahibinə təqdim edilib. Niyaməddin Ağayev Unibankın yeni müştərisi olsa da, hər kəsin bankı elə ilk aylardan ona uğur gətirib. Nissan Altima-nın qalibi hələ uzun illər Unibank-la işləyəcəyini deyir.

“Bank Technique”in “Proqress” filialı fəaliyyətini Atatürk prospektində davam etdirəcək

Azərbaycanca

“Bank Technique” ASC-nin, Bakı ş., Azadlıq prospekti, 87 ünvanında yerləşən “Proqress” filialı, 27 mart 2014-cü il tarixindən etibarən, öz fəaliyyətini Bakı ş., Atatürk prospekti, 1107 ünvanında davam etdirəcək. Xatırladaq ki, burada daha əvvəl Bankın Baş Ofisi nəzdində, Müştəri Xidməti Departamenti müştərilərə xidmət göstərirdi. Hazırda Müştəri Xidməti Departamenti Bakı ş., Babək prospekti 16 ünvanında fəaliyyət göstərir.

DəmirBank saytında kommunal, mobil rabitə və sair ödənişlər üzrə uduş kampaniyası keçirir

Azərbaycanca

DəmirBank-ın internet saytında BillPay sistemi ilə on-layn ödəniş edənlər toplanan bonuslardan istifadə edərək lotereyada iştirak edə bilər. Lotereyanın qalibləri 24 may 2014-cü il tarixində müəyyən ediləcək. Lotereyada 1 ədəd mininot, 1 ədəd ətçəkən və 1 ədəd şirəçəkən maşın oynanılacaq.

UNİBANKdan NİSSAN ALTİMA-nı KİM QAZANDI?

Azərbaycanca

Unibank müştərisinə əsl Novruz ovqatı yaşatdı. Axır çərşənbə günündə Sumqayıt sakini  Niyaməddin Ağayevə gələn zəng bir ömür  onun xatirindən çıxmayacaq.  Saatlarla bu xəbərə inana bilməsə də, bu həqiqətdir: Niyaməddin Ağayev Nissan Altima-nın sahibidir.

“FINCA Azerbaijan” held opening ceremony of its New Branch Office in Agdash region

FINCA Azerbaijan Non-Bank Credit Organization that expands its coverage area day-by-day held an official opening ceremony of its new office in Agdash region. The opening ceremony was attended by Mr. Timothy Tarrant – country director of FINCA Azerbaijan and other responsible officers, as well by the representatives of various banks and financial institutions.                

“FINCA Azerbaijan”-ın Ağdaş filialının Yeni Ofisinin Açılış Mərasimi Həyata Keçirilmişdir

Azərbaycanca

Günü-gündən fəaliyyət dairəsini genişləndirən FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı 17 Mart 2014-cü il tarixində Ağdaş filialının yeni ofisinin açılış mərasimini həyata keçirmişdir. Açılış mərasimində təşkilatın Ölkə üzrə Direktoru Timoti Tarrant və digər rəhbər şəxslər, həmçinin müxtəlif bank və maliyyə qurumlarının nümayəndələri iştirak etmişdilər.

Bayram günlərində “Bank of Baku”-nun iş qrafikinə dair

Azərbaycanca

“Bank of Baku” müştərilərin nəzərinə çatdırır ki,  20,21,22,23 mart 2014-cü il tarixlərində bankda qeyri-iş günləridir.

Lakin martın 24,25 və 26-sı “Bank of Baku”-da tam iş günləri olacaq. Müştərilər saat 9.00-dan 17.00-a qədər bank filiallarına müraciət edə bilərlər.

Səhifələr

« first ‹ previous last »