Azərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edib | Banco.az

Azərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edib

Bəhruz Balayev Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımova müşavir təyin edilib.

Bu barədə  AMB xəbər verir.

    Qeyd edək ki, yeni təyinatla AMB sədrinin müşavirlərinin sayı 5-ə çatıb.

    Məlumata görə, Bəhruz Balayev 1983-cü ildə Lənkəranda anadan olub, 2005-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını “Politologiya” ixtisası üzrə bakalavr dərəcəsində bitirib, 2006-cı ildə isə Amerika Birləşmiş Ştatlarında St. Tomas Universitetini “Hüquq” ixtisası üzrə magistr təhsili alıb, 2012-ci ildə isə həmin universitetdə Hüquq Elmləri Doktoru (JSD) alimlik dərəcəsini alıb, 2013-cü ildə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində Harvard Universitetinə daxil olub, 2014-cü ildə oranı “Dövlət İdarəçiliyi” ixtisası üzrə magistr dərəcəsilə bitirib, 2014-cü ildə Prezident yanında Ali Attestasiya komissiyasının qərarı ilə Hüquq üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi əldə edib.

    B.Balayev əmək fəaliyyətinə 2002-ci ildə Bakıda “Hyatt Hotels”də başlayıb, 2007-2012-ci illərdə Nyu-Yorkda “Hilton Hotels”də Əməliyyatlar direktoru vəzifəsində, 2012-2013-cü illərdə NyuYorkda “Oxfam Internatıonal”ın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında müdafiəçisi, 2014-2022-ci illərdə Qətərdə və İngiltərədə Beynəlxalq İdman Təhlükəsizliyi Mərkəzində İnnovasiya və İrs direktoru, Qlobal Əlaqələr Departamentinin rəhbəri vəzifələrində çalışıb, 2022-2023-cü illərdə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığında Xarici əlaqələr şöbəsinin ABŞ İdman Strategiyasına rəhbərlik etmişdir.