Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari ilin 30 iyun tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 496, şöbələrinin sayı 86, ATM-lərin sayı 3,355 olub.
Banco.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, bu, illik müqayisədə müvafiq olaraq 10 vahid çox, 5 vahid az, 269 vahid çoxdur.
Qeyd edək ki, hesabat ayında bank sektorunda çalışanların sayı 106 nəfər artaraq 26,071 nəfər təşkil edib.
2023-cü ilin iyul ayının əvvəlində bank işçilərinin sayı 24,223 nəfər olub.