Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin iyul ayında Azərbaycanda “Google” ən popular axtarış sistemi olub.
Banco.az “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, ötən ay “Google”un ölkə üzrə bazar payı 81,28 faiz təşkil edib.
Bu dövrdə “Yandex” axtarış sisteminin payı 16,4 faiz, “Bing”in payı 1,23 faiz, “DuckDuckGo”nun payı 0,53 faiz “Yahoo”nun payı isə 0,47 faiz təşkil edib.
Qeyd edək ki, ötən ay “Google”un global miqyasda payı isə 89,54 faizə bərabər olub.